...

Asiya İnkişaf Bankı CAREC çərçivəsində transsərhəd su əməkdaşlığı üzrə texniki yardım üçün vəsait ayıra bilər

Maliyyə Materials 20 Sentyabr 2025 10:15 (UTC +04:00)
Asiya İnkişaf Bankı CAREC çərçivəsində transsərhəd su əməkdaşlığı üzrə texniki yardım üçün vəsait ayıra bilər
Ləman Zeynalova
Ləman Zeynalova
Bütün xəbərlər

Bakı. Trend:

Asiya İnkişaf Bankı (AİB) Mərkəzi Asiya Regional İqtisadi Əməkdaşlıq (CAREC) proqramının su sahəsi çərçivəsində “İqlimə dayanlıq su ehtiyatlarının idarə olunması üçün transsərhəd su əməkdaşlığının gücləndirilməsi” layihəsinin həyata keçirilməsi məqsədilə texniki yardım kimi 960 min ABŞ dolları ayıra bilər.

Bu barədə Trend AİB-a istinadən xəbər verir.

Regional təşəbbüs Azərbaycan, Gürcüstan, Qazaxıstan, Qırğız Respublikası, Tacikistan, Türkmənistan və Özbəkistanı əhatə edir.

CAREC-in su sahəsi 2017-ci ildə CAREC 2030 strategiyası çərçivəsində təqdim olunub və su qıtlığı, onun səmərəli istifadəsi ilə bağlı problemlərin həlli üçün platforma rolunu oynayır. 2019-cu ildə Daşkənddə keçirilmiş CAREC iclasının yekunlarına əsasən, proqram tərəfdaşları və AİB su sahəsinin formalaşdırılması üçün tədqiqat işlərinin aparılmasına dair razılıq əldə ediblər. 2020-ci ildə isə Mərkəzi Asiyada iqlim dəyişikliyi, iqtisadi amillər və davamlı maliyyələşdirmə nəzərə alınmaqla su ehtiyatlarının idarə olunmasının təkmilləşdirilməsinə yönəlmiş kiçikmiqyaslı regional texniki yardım təsdiqlənib.

Su sahəsi üzrə işçi qrupunun ilk görüşü 2024-cü il iyunun 17–18-də İstanbulda keçirilib. İkinci görüş isə virtual formatda keçiriləcək və burada regional təşəbbüslərin layihəöncəsi tədqiqatları üzrə məlumatların yenilənməsi, su-enerji balansının modelləşdirilməsi sahəsində qarşılıqlı əməkdaşlıq məsələlərinin müzakirəsi, həmçinin yeni texniki yardım proqramının təqdimatı nəzərdə tutulur.

Görüşdə CAREC iştirakçı ölkələrinin milli əlaqələndiriciləri, regional institutlar, AİB nümayəndələri və texniki yardım üzrə məsləhətçilər iştirak edəcəklər. Onların təklifləri su əməkdaşlığı sahəsində birgə layihələrin hazırlanmasının davam etdirilməsi və həyata keçirilməsi üçün əsas olacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti