...

Malyariya xəstəliyi tarixə qovuşa bilər - Yeni tədqiqat

Dünya xəbərləri Materials 19 Sentyabr 2025 20:39 (UTC +04:00)
Malyariya xəstəliyi tarixə qovuşa bilər - Yeni tədqiqat
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Yaxın gələcəkdə malyariya xəstəliyi tarixə qovuşa bilər.

Trend xəbər verir ki, britaniyalı və afrikalı bioloqlardan ibarət tədqiqat qrupu maylariya daşıyıcısı olan “Anopheles funestus” ağcaqanadlarının genlərində bunun üçün yeni genetik ipucları tapıb.

Tədqiqat qrupu “Anopheles funestus” növünü araşdıraraq bu növün zamanla necə təkamül edərək yaşamağa davam etməsini öyrənib.

“Anopheles funestus” Afrikada ən geniş yayılmış ağcaqanad növlərindən biridir və digər malyariya daşıyıcı ağcaqanadlarla müqayisədə əhəmiyyətli dərəcədə daha uzun ömür sürür.

Tarixi nümunələrin analizi göstərib ki, insektisidlərə qarşı müqavimətlə bağlı əsas mutasiya hələ 1960-cı illərdə ağcaqanadlarda mövcud olub, digər müqavimət mutasiyaları isə sonralar inkişaf edib.

Nəticələr göstərir ki, əvvəllər başqa bir malyariya daşıyıcısı olan ağcaqanad üçün hazırlanmış gen sürücüsü texnologiyası “Anopheles funestus” üçün də uyğunlaşdırıla bilər. Bu isə malyariyanın tam aradan qaldırılması üçün yeni yanaşma təklif edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti