...

Polisin saxladığı daha iki narkokuryerdən 6 kq marixuana aşkarlandı - DİN

Cəmiyyət Materials 20 Sentyabr 2025 12:21 (UTC +04:00)
Polisin saxladığı daha iki narkokuryerdən 6 kq marixuana aşkarlandı - DİN
Bəsti Məmməd
Bəsti Məmməd
Bütün xəbərlər

Bakı.Trend:

Polisin saxladığı daha iki narkokuryerdən 6 kq marixuana aşkarlanıb.

Trend xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyindən məlumat verilib.

Bildirilib ki, Biləsuvar rayonu Cəbrayıl şəhərciyində narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı növbəti tədbir keçirilib. Cəbrayıl Rayon Polis Şöbəsinin əməkdaşlarının tərəfindən şübhəli bilinən, əvvəllər məhkum olunmuşlar Samir Quliyev və Soltan Abdullyev saxlanılıblar:

"Onlara məxsus nəqliyyat vasitəsindən 6 kiloqramdan artıq marixuana və tiryək aşkar edilərək götürülüb. Saxlanılan şəxslər maddi gəlir etmək məqsədi ilə şəxsiyyəti istintaqla araşdırılan İran vətəndaşı tərəfindən narkokuryerliyə cəlb olunduqlarını bildiriblər.

Faktla bağlı cinayət işi başlanılıb, həmin şəxslər barəsində həbs qətimkan tədbiri seçilib",-əlavə edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti