...

Ərdoğan Trampla Ağ evdə keçiriləcək görüşü barədə paylaşım edib

Dünya xəbərləri Materials 20 Sentyabr 2025 12:12 (UTC +04:00)
Ərdoğan Trampla Ağ evdə keçiriləcək görüşü barədə paylaşım edib
Bəsti Məmməd
Bəsti Məmməd
Bütün xəbərlər

Bakı.Trend:

Hörmətli həmkarım və dostum ABŞ Prezidenti Donald Tramp ilə Ağ Evdə keçirəcəyimiz görüşdə, hərtərəfli strateji əlaqələrə malik olduğumuz müttəfiqimiz ABŞ ilə başda ticarət, investisiya və müdafiə sənayesi olmaqla bir çox məsələni müzakirə edəcəyik.

Trend xəbər verir ki, bu barədə Tükiyə prezidenti Rəcəb Tayyib Ərdoğan "X" sosial hesabında paylaşım edib.

Türkiyə lideri ikitərəfli görüşün ölkələr arasındakı əməkdaşlığı gücləndirəcəyinə inanır:

"Prezident Tramp ilə keçirəcəyimiz görüşün, ortaq qlobal sülh vizyonumuz çərçivəsində bölgəmizdəki müharibə və münaqişələrin dayandırılmasına töhfə verəcəyinə, ölkələrimiz arasındakı əməkdaşlığı daha da gücləndirəcəyinə inanıram".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti