...

ABŞ hərbi kontingentini Əfqanıstana qaytara bilər

Dünya xəbərləri Materials 20 Sentyabr 2025 11:45 (UTC +04:00)
ABŞ hərbi kontingentini Əfqanıstana qaytara bilər
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Əfqanıstandakı Baqram aviabazasından imtina etməyə heç bir səbəb olmayıb.

Trend ABŞ KİV-ə istinadən xəbər verir ki, bunu Ağ Ev rəhbəri Donald Tramp bildirib.

Məlumata görə, ABŞ bu bazanı antiterror əməliyyatları üçün dayaq məntəqəsi qismində bərpa etmək istəyir. Tramp bazanı geri qaytarmaq niyyətində olduğunu bundan öncəki çıxışlarının birində də bildirmişdi.

Donald Tramp Amerikanın Baqram aviabazasında hərbi mövcudluğunu bərpa etmək üçün Əfqanıstanla danışıqlar apardığını diqqətə çatdırıb.

“Baxaq görək, Baqramla bağlı məsələnin axırı necə olacaq. Biz Əfqanıstanla danışıqlar aparırıq. Ondan heç vaxt imtina edilməməli idi”, - deyə o, Oval kabinetdə jurnalistlərə bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti