Bakı. Trend:
İngiltərənin Qərbi Sasseks əyalətində bir nəfər hava şraından yıxılaraq həyatını itirib.
Trend bu barədə Britaniya KİV-ə istinadən xəbər verir.
Məlumata görə, insident Nyupaund Kommon kəndi yaxınlığında yaşanıb.
Mərhumun hava şarı ilə Billinqshörtdən Dansfolda səyahət edən qrupun üzvü olduğu deyilir.
İlkin ehtimala əsasən, bədbəxt hadisə ehtiyatsızlıqdan baş versə də, insidentlə əlaqədar araşdırma başlanılıb.