...

"Formula-1"də fövqəladə hallar üçün 38 xüsusi təyinatlı nəqliyyat vasitəsi cəlb olunub (FOTO)

Cəmiyyət Materials 20 Sentyabr 2025 14:39 (UTC +04:00)
"Formula-1"də fövqəladə hallar üçün 38 xüsusi təyinatlı nəqliyyat vasitəsi cəlb olunub (FOTO)
Bəsti Məmməd
Bəsti Məmməd
Bütün xəbərlər

Bakı. Trend:

Bakı şəhərində keçirilən “Formula 1 Qatar Airways” yarışları zamanı Bakı Şəhər Halqası və ətrafında baş verə biləcək fövqəladə hallar, o cümlədən mümkün yanğınların qarşısının alınması və nəticələrinin çevik şəkildə aradan qaldırılması, xilasetmə tədbirlərinin təşkili üçün Fövqəladə Hallar Nazirliyinin əməkdaşları 20 nöqtədə 38 ədəd xüsusi təyinatlı nəqliyyat vasitəsi ilə fasiləsiz xidmətdədir.

Trend xəbər verir ki, bu barədə FHN məlumat yayıb.

Bildirilib ki, bununla yanaşı, ərazidə müvəqqəti quraşdırılmış konstruksiyaların dayanıqlılığına nəzarət, qaldırıcı qurğuların, eskalator və liftlərin, texnoloji nəqliyyat vasitələrinin təhlükəsiz istismarı, yanğın və nüvə təhlükəsizliyi ilə əlaqədar olaraq Nazirliyin aidiyyəti qurumlarının mütəxəssisləri tərəfindən fasiləsiz olaraq monitorinq işləri həyata keçirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti