Bakı. Trend:
"Liverpul"un futbolçusu Rayan Qravanberx karyerasını İspaniya La Liqasında davam etdirə bilər.
Trend xarici KİV-lərə istinadən xəbər verir ki, "Real" niderlandlı yarımmüdafiəçini transfer etmək istəyir.
Madrid nəhəngi 23 yaşlı orta xətt oyunçusu üçün 65 milyon funt-sterlinq ödəməyə hazırdır.
Qeyd edək ki, "Liverpul" Rayan Qravanberxi 2023-cü ilin yayında "Bavariya"dan transfer edib.