...

Tramp suriyalı qaçqınların müvəqqəti statusunu ləğv edib

Dünya xəbərləri Materials 20 Sentyabr 2025 14:50 (UTC +04:00)
Tramp suriyalı qaçqınların müvəqqəti statusunu ləğv edib
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Birləşmiş Ştatlarda suriyalı qaçqınlara verilən Müvəqqəti Qorunma Statusu (TPS) ləğv edilib. Bundan sonra Amerikada yaşayış hüququ olmayan suriyalı miqrantlar 60 gün ərzində ölkə hüdudlarını tərk etməyəcəkləri təqdirdə həbs və ya deportasiya ilə üzləşəcəklər.

Trend bu barədə xarici KİV-ə istinadla xəbər verir.

Yeni qərara əsasən, 2012-ci ildən bəri sözügedən hüquqi statusa malik olan 6 mindən çox suriyalının TPS-dən məhrum ediləcəyi bildirilir.

“Suriyadakı hazırkı vəziyyət daha həmin ölkənin vətəndaşlarının vətənlərinə qayıtmasına heç bir əngəl yaratmır”, - Daxili Təhlükəsizlik Nazirliyinin rəsmisi Trişa Maklaflin qeyd edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti