...

Formula 1: Sürücülərin əsas yarış üçün mövqeləri müəyyənləşib (YENİLƏNİB)

İdman Materials 20 Sentyabr 2025 17:57 (UTC +04:00)
Formula 1: Sürücülərin əsas yarış üçün mövqeləri müəyyənləşib (YENİLƏNİB)
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

Bakıda təşkil olunan Azərbaycan Qran-Prisi çərçivəsində Formula 1 üzrə sıralama turu başa çatıb.

Trend xəbər verir ki, “Red Bull Racing” komandasının niderlandlı pilotu Maks Ferstappen ən yaxşı nəticəni göstərib.

“Williams”in üzvü ispaniyalı Karlos Sayns ikinci, “Racing Bulls”dan yeni zelandiyalı Liam Louson üçüncü olub.

Sentyabrın 20-də baş tutacaq əsas yarışda sürücülərin sıralaması aşağıdakı kimi olacaq:

Məlumat üçün bildirək ki, ikinci sessiyada “Red Bull Racing” komandasının niderlandlı pilotu Maks Ferstappen ən yaxşı nəticəni göstərib. “McLaren”in üzvü britaniyalı Lando Norris ikinci, “McLaren”dən avstraliyalı Oskar Piastri üçüncü olub.

Fernando Alonso (“Aston Martin”), Lyuis Hemilton (“Ferrari”), Qabriel Bortoleto (“Kick Sauber”), Lens Stroll (“Aston Martin”) və Oliver Berman (“Haas”) ikinci sessiyada müvafiq olaraq 11, 12, 13, 14 və 15-ci yerləri tutublar.

İlk sessiyada isə “McLaren” komandasının britaniyalı pilotu Lando Norris ən yaxşı nəticəni göstərib. “Red Bull Racing”in üzvü niderlandlı Maks Ferstappen ikinci, “Ferrari”dən monakolu Şarl Lekler üçüncü olub.

Franko Kolapinto (“Alpine”), Niko Hyolkenberq (“Kick Sauber”), Esteban Okon (“Haas”), Pyer Qasli (“Alpine”) və Aleksander Albon (“Williams”) ilk sessiyada müvafiq olaraq 16, 17, 18, 19 və 20-ci yerləri tutublar.

Xatırladaq ki, Formula 1 üzrə ilk sərbəst yürüşdə “McLaren” komandasının britaniyalı pilotu Lando Norris, ikinci sərbəst yürüşdə “Ferrari”nin üzvü britaniyalı Lyuis Hemilton, üçüncü sərbəst yürüşdə “McLaren”dən britaniyalı Lando Norris birinci olub.

Qeyd edək ki, Azərbaycan Qran-Prisinə sentyabrın 21-də yekun vurulacaq.

xxx

17:10

Bakıda təşkil olunan Azərbaycan Qran-Prisi çərçivəsində Formula 1 üzrə sıralama turunun ikinci sessiyası başa çatıb.

Trend xəbər verir ki, “Red Bull Racing” komandasının niderlandlı pilotu Maks Ferstappen ən yaxşı nəticəni göstərib.

“McLaren”in üzvü britaniyalı Lando Norris ikinci, “McLaren”dən avstraliyalı Oskar Piastri üçüncü olub.

Fernando Alonso (“Aston Martin”), Lyuis Hemilton (“Ferrari”), Qabriel Bortoleto (“Kick Sauber”), Lens Stroll (“Aston Martin”) və Oliver Berman (“Haas”) üçüncü - sonuncu sessiyada iştirak etməyəcəklər. Onlar müvafiq olaraq 11, 12, 13, 14 və 15-ci yerləri tutublar.

Məlumat üçün bildirək ki, ilk sessiyada “McLaren” komandasının britaniyalı pilotu Lando Norris ən yaxşı nəticəni göstərib. “Red Bull Racing”in üzvü niderlandlı Maks Ferstappen ikinci, “Ferrari”dən monakolu Şarl Lekler üçüncü olub.

Franko Kolapinto (“Alpine”), Niko Hyolkenberq (“Kick Sauber”), Esteban Okon (“Haas”), Pyer Qasli (“Alpine”) və Aleksander Albon (“Williams”) ilk sessiyada müvafiq olaraq 16, 17, 18, 19 və 20-ci yerləri tutublar.

Xatırladaq ki, Formula 1 üzrə ilk sərbəst yürüşdə “McLaren” komandasının britaniyalı pilotu Lando Norris, ikinci sərbəst yürüşdə “Ferrari”nin üzvü britaniyalı Lyuis Hemilton, üçüncü sərbəst yürüşdə “McLaren”dən britaniyalı Lando Norris birinci olub.

Qeyd edək ki, Azərbaycan Qran-Prisinə sentyabrın 21-də yekun vurulacaq.

xxx

16:38

Bakıda təşkil olunan Azərbaycan Qran-Prisi çərçivəsində Formula 1 üzrə sıralama turunun ilk sessiyası başa çatıb.

Trend xəbər verir ki, “McLaren” komandasının britaniyalı pilotu Lando Norris ən yaxşı nəticəni göstərib.

“Red Bull Racing”in üzvü niderlandlı Maks Ferstappen ikinci, “Ferrari”dən monakolu Şarl Lekler üçüncü olub.

Franko Kolapinto (“Alpine”), Niko Hyolkenberq (“Kick Sauber”), Esteban Okon (“Haas”), Pyer Qasli (“Alpine”) və Aleksander Albon (“Williams”) ikinci sessiyada yarışmayacaqlar. Onlar müvafiq olaraq 16, 17, 18, 19 və 20-ci yerləri tutublar.

Xatırladaq ki, Formula 1 üzrə ilk sərbəst yürüşdə “McLaren” komandasının britaniyalı pilotu Lando Norris, ikinci sərbəst yürüşdə “Ferrari”nin üzvü britaniyalı Lyuis Hemilton, üçüncü sərbəst yürüşdə “McLaren”dən britaniyalı Lando Norris birinci olub.

Qeyd edək ki, Azərbaycan Qran-Prisinə sentyabrın 21-də yekun vurulacaq.

xxx

16:00

Bakıda təşkil olunan Azərbaycan Qran-Prisinin ikinci günündə Formula 1 üzrə sıralama turu start götürüb.

Trend xəbər verir ki, yarışda 10 komanda və 20 sürücü iştirak edir.

Sıralama turu nəticəsində sürücülərin əsas yarışdakı mövqeləri müəyyənləşəcək.

Xatırladaq ki, Formula 1 üzrə ilk sərbəst yürüşdə “McLaren” komandasının britaniyalı pilotu Lando Norris, ikinci sərbəst yürüşdə “Ferrari”nin üzvü britaniyalı Lyuis Hemilton, üçüncü sərbəst yürüşdə “McLaren”dən britaniyalı Lando Norris birinci olub.

Qeyd edək ki, Azərbaycan Qran-Prisinə sentyabrın 21-də yekun vurulacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti