...

Paşinyan təkrar seçiləcəyi təqdirdə partiyasının prioritetlərinin nə olacağını açıqlayıb

Dünya xəbərləri Materials 20 Sentyabr 2025 14:35 (UTC +04:00)
Paşinyan təkrar seçiləcəyi təqdirdə partiyasının prioritetlərinin nə olacağını açıqlayıb
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

2026-cı ilin parlament seçkilərində “Vətəndaş müqaviləsi” qalib gələcəyi təqdirdə avrointeqrasiya üzrə səylərin aktivləşməsi partiyanın prioritetləri sırasında yer alacaq.

Trend erməni KİV-ə istinadən xəbər verir ki, bu barədə Ermənistanın baş naziri Nikol Paşinyan “Vətəndaş müqaviləsi” partiyasının qurultayında etdiyi çıxış zamanı danışıb.

Məlumata görə, qurultayda partiyanın bəyannaməsi yekdilliklə qəbul olunub. Bəyannamədə qeyd olunur ki, seçkilərdə xalqın etimadını qazandıqdan sonra ümumxalq referendumu vasitəsilə Ermənistanda yeni konstitusiyanın qəbul edilməsi prosesinə başlanması nəzərdə tutulub.

Paşinyan qeyd edib ki, partiya növbəti parlament seçkilərində xalqdan respublikanın idarəetmə mandatını daha beş il uzatmaq xahişi ilə müraciət etməyi planlaşdırır.

“‘Vətəndaş Müqaviləsi’ Partiyası regionalizasiya zidd olmayan və balanslaşdırılmış xarici siyasəti qoruyaraq Ermənistanın Avropa İttifaqına üzvlüyü istiqamətində səyləri gücləndirməyi planlaşdırır” – bəyannamədə bildirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti