...

İsraildə dünyanın ilk lazerli hava müdafiə sistemi hazırlanıb

Dünya xəbərləri Materials 20 Sentyabr 2025 14:04 (UTC +04:00)
İsraildə dünyanın ilk lazerli hava müdafiə sistemi hazırlanıb
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

İsraildə dünyanın ilk döyüş qabiliyyətinə malik lazerli hava hücumundan müdafiə (HHM) sisteminin hazırlanması üzrə işlər yekunlaşıb

Trend bu barədə İsrail KİV-ə istinadən xəbər verir.

Məlumata görə, sistem lazer şüası ilə dronları və raketləri vurmaq qabiliyyətinə malikdir.

Iron Beam (“Dəmir Şüa”) adı verilən HHM sistemi döyüş meydanında texnoloji bir irəliləyiş hesab olunur.

Onun üstünlüyü əsas minimal xərclərdədir- hər atəş yalnız bir neçə dollara başa gələcək.

Müqayisə üçün “Dəmir Qübbə” sistemi üçün mərmilər təxminən 40 min dollar, “Patriot” zenit-raket kompleksinin bir atəşi isə milyonlarla avroya başa gəlir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti