Bakı. Trend:
Bakıda təşkil olunan Azərbaycan Qran-Prisi çərçivəsində Formula 2 üzrə sprint yarışı başa çatıb.
Trend xəbər verir ki, “Hitech TGR” komandasının isveçli pilotu Dino Beqanoviç ən yaxşı nəticəni göstərib.
“Hitech TGR”nin üzvü britaniyalı Luk Brouninq ikinci, “Rodin Motorsport”dan irlandiyalı Aleks Dann üçüncü olub.
Xatırladaq ki, ötən gün təşkil olunan birinci sərbəst yürüşdə “Rodin Motorsport” komandasının irlandiyalı pilotu Aleks Dunne, sıralama turunda isə “DAMS Lucas Oil”dən britaniyalı Cek Krauford birinci olub.
Məlumat üçün bildirək ki, bu gün saat 16:00-da isə Formula 1 üzrə sıralama turu keçiriləcək və sürücülərin əsas yarışdakı mövqeləri müəyyənləşəcək.
Qeyd edək ki, Azərbaycan Qran-Prisinə sentyabrın 21-də yekun vurulacaq.
xxx
14:52
Bakıda təşkil olunan Azərbaycan Qran-Prisi çərçivəsində Formula 2 üzrə sprint yarışı 5 sürücü mübarizəni dayandırıb.
Trend xəbər verir ki, “MP Motorsport” komandasından Oliver Goethe, “Van Amersfoort Racing”dən Rafael Villaqomez, “Campos Racing”dən Xosep Maria Marti, “DAMS Lucas Oil”dən Kuş Maini və “Trident”dən Martinius Stenşorn vaxtından əvvəl yarışı bitiriblər.
Xatırladaq ki, ötən gün təşkil olunan birinci sərbəst yürüşdə “Rodin Motorsport” komandasının irlandiyalı pilotu Aleks Dunne, sıralama turunda isə “DAMS Lucas Oil”dən britaniyalı Cek Krauford birinci olub.
Qeyd edək ki, Azərbaycan Qran-prisi sentyabrın 21-də başa çatacaq.
xxx
14:15
Bakıda təşkil olunan Azərbaycan Qran-Prisinin ikinci günündə Formula 2 üzrə sprint yarışı start götürüb.
Trend xəbər verir ki, yarışda 11 komanda və 22 sürücü iştirak edir.
Bu gün saat 16:00-da isə Formula 1 üzrə sıralama turu keçiriləcək və sürücülərin əsas yarışdakı mövqeləri müəyyənləşəcək.