Bakı. Trend:
İngiltərənin "Vulverhemton" klubunda yeni müqavilə qeydə alınıb.
Trend xəbər verir ki, bu barədə xarici KİV-lər məlumat yayıb.
Premyer Liqa təmsilçisi Yorgen Strand Larsenin sözləşməsinin müddətini uzadıb.
Norveçli hücumçu ilə 20230-cu ilin 30 iyun tarixinə kimi nəzərdə tutulan müqavilə imzalanıb. Avropanın bir çox klubunun transfer siyahısında yer alan 25 yaş forvardın maaşı da artırılıb.