Bakı. Trend:
Türkiyə Super Liqasında avqust ayının ən yaxşı oyunçusu müəyyənləşib.
Trend xəbər verir ki, bu barədə xarici KİV-lər məlumat yayıb.
Məlumata görə, "Qalatasaray"ın hücumçusu Viktor Osimhen ötən ayın ən yaxşısı seçilib.
Nigeriyalı forvard azarkeşlər arasında keçirilən sorğuda 73 faiz səs toplayıb.