...

Almaniyada kansler Fridrix Mertsə narazılıq rekord həddə çatıb

Dünya xəbərləri Materials 20 Sentyabr 2025 19:26 (UTC +04:00)
Almaniyada kansler Fridrix Mertsə narazılıq rekord həddə çatıb
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Almaniya sakinləri arasında kansler Fridrix Mertsin fəaliyyətindən narazılıq səviyyəsi rekord göstəriciyə yüksəlib.

Trend-in məlumatına görə, INSA sosioloji institutunun keçirdiyi sorğuda respondentlərin 62%-i kanslerin işini mənfi qiymətləndirib.

Yalnız 26% alman Mertsin fəaliyyətindən razılıq ifadə edib. Qeyd olunur ki, iyunun əvvəlində kanslerə etimadda qısa müddətlik artım qeydə alınsa da, sonrakı dövrdə onun reytinqi sürətlə aşağı düşərək yeni minimuma çatıb.

Sorğu sentyabrın 18-dən 19-dək aparılıb və 1001 nəfər iştirak edib.

Xəbər lenti

Xəbər lenti