...

Paracüdoçularımız Avropa çempionatında 1 qızıl və 1 gümüş medal qazanıblar (FOTO)

İdman Materials 20 Sentyabr 2025 16:45 (UTC +04:00)
Paracüdoçularımız Avropa çempionatında 1 qızıl və 1 gümüş medal qazanıblar (FOTO)
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

Gürcüstanın paytaxtı Tbilisidə keçirilən paracüdo üzrə Avropa çempionatında paralimpiyaçılarımız İlham Zəkiyev (J1, +95 kq) qızıl, Dürsədəf Kərimova (J2, +70 kq) isə gümüş medal qazanıb.

Trend xəbər verir ki, 8 qat Avropa çempionumuz İlham Zəkiyev 1/4 finalda moldovalı Oleg Cretulu, yarımfinalda türkiyəli Gökhan Biceri və finalda moldovalı İon Basocu ipponla məğlub edərək karyerasında 9-cu dəfə Avropa çempionu tituluna yiyələnib.

Paracüdoçumuz Dürsədəf Kərimova isə dairəvi sistem üzrə keçirilən yarışda ispaniyalı Maria Fernandez, gürcüstanlı İna Kaldani və böyük britaniyalı Kirsten Taylor üzərində ipponla qələbə qazanaraq Avropa çempionatının gümüş medalçısı olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti