Bakı. Trend:
Misli Premyer Liqasında “Qəbələ” – “Kəpəz” oyunu yekunlaşıb.
Trend-in məlumatına görə, qarşılaşmada meydan sahibləri 3:0 hesabı ilə qalib gəliblər. Qolları Adriyel Loa (44-cü dəq.) və Prins Ovusu (59, 67-ci dəq.) vurublar.
Bu nəticə ilə “Qəbələ” mövsümdə ilk qələbəsini əldə edib. “Kəpəz” isə ardıcıl beşinci məğlubiyyətini alaraq turnir cədvəlinin sonuncu pilləsində qərarlaşıb.
Qeyd edək ki, günün növbəti qarşılaşması "Sabah" ilə "Turan Tovuz" arasında baş tutacaq. Görüş saat 19:30-da başlayacaq.