...

Honq-Konqda İkinci Dünya Müharibəsindən qalan bomba tapılıb

Dünya xəbərləri Materials 20 Sentyabr 2025 21:12 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Honq-Konqda minlərlə insan bir gecə ərzində evlərindən təxliyə olunub. Buna səbəb tikinti sahəsində aşkar edilən İkinci Dünya Müharibəsindən qalma böyük bombanın zərərsizləşdirilməsi olub.

Trend xəbər verir ki, bu barədə Associated Press məlumat yayıb.

Polis bombanın ABŞ istehsalı olduğunu, 1,5 metr uzunluğa və təxminən 450 kiloqram çəkiyə malik olduğunu açıqlayıb.

Partlayıcı Honq-Konq adasının qərb hissəsində yerləşən, yaşayış və biznes obyektlərinin sıx olduğu Kuorri-Bey bölgəsində inşaat işçiləri tərəfindən aşkar edilib.

Polis sözçüsü Endi Çan Tin Çu bildirib: “Biz bu əşyanın İkinci Dünya Müharibəsindən qalma bomba olduğunu təsdiqlədik”.

Onun sözlərinə görə, utilizasiya ilə bağlı yüksək risklər səbəbindən 1900 evdən ümumilikdə 6000 nəfər təcili şəkildə evakuasiya olunub.

Xəbər lenti

Xəbər lenti