...

Almaniyada genişmiqyaslı etiraz aksiyaları keçirilib

Dünya xəbərləri Materials 20 Sentyabr 2025 22:39 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Almaniyanın 80 şəhərində 50 mindən çox insan hökumətin qaz infrastrukturunu genişləndirmək planlarına etiraz məqsədilə nümayişlərdə iştirak edib.

Trend-in məlumatına görə, bu barədə DPA xəbər agentliyi məlumat yayıb.

Ekoloji fəallar ölkədə bütün yeni qaz layihələrinin, o cümlədən Vadden dənizi Milli Parkının bir hissəsi olan Şimal dənizindəki Borkum adası yaxınlığında qaz yataqlarının işlənməsinin dərhal dayandırılmasını tələb ediblər və hökuməti iqlim məsələlərində daha fəal olmağa çağırıblar.

Nümayişlər “Gələcək üçün cümə günləri” iqlim hərəkatının təşəbbüsü ilə keçirilib. Berlində 4300, Hamburqda isə 5000 nəfərin küçələrə çıxdığı bildirilib. Polis rəqəmlərinə görə, Berlində 3000, Hamburqda 2500, Münhendə isə təxminən 1500 nümayişçi iştirak edib.

Xəbər lenti

Xəbər lenti