...

İspaniyada meşə yanğınları söndürmək üçün qoşunlar cəlb olunub

Dünya xəbərləri Materials 20 Sentyabr 2025 19:47 (UTC +04:00)
İspaniyada meşə yanğınları söndürmək üçün qoşunlar cəlb olunub
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

İspaniyanın şimal-qərbində quru hava şəraiti və yüksək temperatur səbəbindən başlayan iki meşə yanını ilə mübarizə davam edir.

Trend xəbər verir ki. bu barədə AFP məlumat yayıb.

Qoşunların dəstəklədiyi yanğınsöndürənlər şənbə günü Qalisiyanın Luqo əyalətində cümə axşamı başlayan və artıq 1400 hektar ərazini məhv edən yanğının söndürülməsi üçün 82 ekipaj və 25 təyyarə ilə çalışıblar.

Eyni zamanda, qonşu Orense əyalətində 34 ekipaj və 17 təyyarə təxminən 240 hektarı əhatə edən digər yanğınla mübarizə aparıb.

Xatırladaq ki, bu yay İspaniyanın qərbi və şimal-qərbi, həmçinin qonşu Portuqaliya dağıdıcı meşə yanğınlarından ciddi zərər görüb. Avropa Meşə Yanğınları İnformasiya Sisteminin məlumatına görə, hər iki ölkədə dörd nəfər həlak olub. İspaniyada cəmi bir neçə həftə ərzində təxminən 330 min hektar, Portuqaliyada isə 250 min hektara yaxın ərazi yanıb.

Xəbər lenti

Xəbər lenti