Bakı. Trend:
Haaqa səlahiyyətliləri Niderland hökumətinin immiqrasiya siyasətinə qarşı keçirilən etirazların qarşısını almaq üçün polisə gözyaşardıcı qazdan istifadə icazəsi verib.
Trend-in məlumatına görə, şəhərin meri iğtişaşların dağıdılması üçün fövqəladə sərəncam imzalayıb.
Polisin açıqlamasına əsasən, ifrat sağ hərəkatın tərəfdarları A12 avtomobil yolunu icazəsiz bağlayaraq etiraz aksiyası keçiriblər. Təxminən 1500 nəfər toplaşaraq hüquq-mühafizə orqanlarının əməkdaşlarına daş və butulkalar atıb, bir polis maşınını yandırıblar.
Polis izdihamı dağıtmaq üçün gözyaşardıcı qaz, su şırnaqları və çevik qüvvələrdən istifadə edir.