Bakı. Trend:
72 kq çəki dərəcəsində finalda Fransa güləşçisi İbrahim Qanemə 4:2 hesabı ilə qalib gələn 26 yaşlı Ülvi Qənizadə yunan-Roma güləşi üzrə növbəti dəfə dünya çempionu titulunu əldə edib.
Trend-in məlumatına görə, Ülvi Qənizadə ardıcıl ikinci dəfə Qanemi finalda məğlub edib. Keçən il Tiranada keçirilən dünya çempionatında da güləşçimiz fransalı rəqibini final döyüşündə üstələyib.
Qeyd edək ki, İbrahim Qanem 2022-ci il dünya çempionatında da gümüş medal qazanıb. Həmin yarışda Belqradda Ülvi finalda ev sahibi Əli Arsalana uduzmuş, bəzi ekspertlər güləşçimizə qarşı ədalətsizlik edildiyini və qızıl medalı “oğurlandığını” vurğulamışdılar.
Ülvi Qənizadə həmçinin 2023-cü ilin Avropa Çempionudur.