...

Tramp Venesuelaya tələbini irəli sürüb

Dünya xəbərləri Materials 21 Sentyabr 2025 00:39 (UTC +04:00)
Tramp Venesuelaya tələbini irəli sürüb
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

ABŞ Prezidenti Donald Tramp Venesueladan ABŞ-dan qovulmuş bütün vətəndaşlarını təcili şəkildə geri qəbul etməsini tələb edib.

Trend-in məlumatına görə, Tramp bu barədə Truth Social sosial şəbəkəsindəki səhifəsində yazıb.

“Biz Venesueladan Venesuela rəhbərliyi tərəfindən zorla ABŞ-a göndərilən, dünyanın ən pis ruhi xəstəxanaları da daxil olmaqla psixiatriya müəssisələrindən olan bütün məhbus və insanları dərhal qəbul etməsini istəyirik”, – Ağ Ev rəhbəri bildirib.

O əlavə edib ki, Karakas bu tələbi yerinə yetirməsə, “cavab verəcək”.

Xəbər lenti

Xəbər lenti