...

Bundesliqada 4-cü tura yekun vurulub

İdman Materials 21 Sentyabr 2025 01:32 (UTC +04:00)
Bundesliqada 4-cü tura yekun vurulub
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Almaniya Bundesliqasında 4-cü turun qarşılaşmaları başa çatıb.

Trend-in məlumatına görə, lider “Bavariya” səfərdə “Hoffenhaym” üzərində 4:1 hesablı inamlı qələbə qazanıb.

Autsayder “Haydenhaym” isə səfərdə “Hamburq”la qarşılaşıb və meydan sahiblərinə 1:2 hesabı ilə məğlub olub. Beləliklə, “Haydenhaym” 4 oyundan sonra xal qazana bilməyib.

Bremendə keçirilən “Verder” – “Frayburq” oyununda qonaqlar böyükhesablı qələbə əldə ediblər – 3:0. Digər oyunda isə “Maynts” səfərdə “Auqsburq”u 4:1 hesabı ilə məğlub edib.

Turnir cədvəlində 4-cü sırada qərarlaşan “Köln” səfərdə “Leypsiq”lə üz-üzə gəlib və 1:3 hesabı ilə uduzub. Bu qələbə “Leypsiq”ə ikinci pilləyə yüksəlməyə imkan verib.

Xəbər lenti

Xəbər lenti