Bakı. Trend:
İtaliya A Seriyasında 4-cü turun üç oyunu keçirilib.
Trend-in məlumatına görə, “Bolonya” öz meydanında “Cenoa”ya qalib gəlib – 2:1. Bu nəticə ilə komanda 6 xal toplayaraq turnir cədvəlində 8-ci pilləyə yüksəlib.
“Verona” isə ikinci yerdə qərarlaşan “Yuventus”u qəbul edib. Qarşılaşma 1:1 hesabı ilə başa çatıb və Turin təmsilçisi liderlik uğrunda vacib xallar itirib.
Günün digər oyununda “Udineze” doğma meydanda “Milan”a məğlub olub. Qonaqların heyətində Kristian Pulişiç 39 və 83-cü dəqiqələrdə dubla imza atıb, Yusuf Fofana isə 46-cı dəqiqədə fərqlənib. Beləliklə, “Milan” 3:0 hesablı qələbə qazanıb.