Bakı. Trend:
Polşa ilə Çin arasında imzalanmış ticarət sazişi Avropa İttifaqında (Aİ) ciddi narahatlıq doğurub.
Trend-in məlumatına görə, bu barədə Sohu portalı xəbər yayıb.
Məlumata əsasən, sözügedən razılaşma Pekinə mühüm nəqliyyat marşrutu qazandırıb, Varşavaya isə əhəmiyyətli sənaye dəstəyi təmin edib.
Portal yazır ki, Aİ Polşanın ümumi normalardan kənara çıxması və nəticədə “imtiyazlı mövqe” əldə etməsi ilə bağlı narahatlığını ifadə edir.