Bakı. Trend6
Argentina Prezidenti Xavyer Miley Nyu-Yorka səfəri çərçivəsində ABŞ Prezidenti Donald Trampla ikitərəfli görüş keçirməyi planlaşdırır.
Trend-in məlumatına görə, bu barədə ölkə liderinin administrasiyasının rəsmi nümayəndəsi Manuel Adorni açıqlama verib.
“Gələn çərşənbə axşamı Prezident Xavyer Miley Nyu-Yorkda ABŞ Prezidenti Donald Trampla ikitərəfli görüş keçirəcək”, – Adorni sosial şəbəkə X-də bildirib.
Qeyd edək ki, Xavyer Miley ABŞ-a BMT Baş Assambleyasının 80-ci sessiyasının yüksək səviyyəli həftəsində iştirak etmək üçün səfər edəcək.