...

Ədalətin olmadığı dövlət, dövlət deyil - Papa XIV Leo

Dünya xəbərləri Materials 21 Sentyabr 2025 02:31 (UTC +04:00)
Ədalətin olmadığı dövlət, dövlət deyil - Papa XIV Leo
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Bir çox ölkələrin və xalqların reallığı odur ki, onlar ədalət uğrunda aclıq və susuzluq yaşayırlar. Çünki insanların həyat şəraiti çox vaxt haqsız və qeyri-insani olur ki, bu da qəbuledilməzdir.

Trend-in məlumatına görə, bunu Roma Katolik Kilsəsinin rəhbəri Papa XIV Leo Müqəddəs Pyotr Meydanında təxminən 20 min nəfərin iştirakı ilə keçirilən görüşdə deyib.

Pontifik çıxışında gərginlik, zorakılıq və bərabərsizlikdən əziyyət çəkən dünyada ədaləti cəmiyyətin əsas dəyəri kimi möhkəmləndirməyə, ümumi rifahı təşviq etməyə və ən həssas təbəqələri qorumağa çağırıb.

“Ədaləti həyata keçirəndə insan özünü tam və daimi fədakarlıqla fərdlərin, xalqın və dövlətin xidmətinə qoyur. Pislik yalnız cəzalandırılmamalı, həm də düzəldilməlidir. Ədalətin olmadığı dövlət, dövlət deyil”, – deyə Roma Papası vurğulayıb.

Xəbər lenti

Xəbər lenti