...

Formula 1 Azərbaycan Qran-Prisi 2030-cu ilə qədər davam edəcək (FOTO)

İdman Materials 20 Sentyabr 2025 15:15 (UTC +04:00)
Formula 1 Azərbaycan Qran-Prisi 2030-cu ilə qədər davam edəcək (FOTO)
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

Formula 1 üzrə Azərbaycan Qran-Prisinin müddəti uzadılıb.

Trend-in məlumatına görə, Formula 1 rəhbərliyi Bakı Şəhər Halqası Əməliyyat Şirkəti ilə daha 4 illik müqavilə imzalayıb.

Bununla da yarışlar 2030-cu ilədək Bakıda keçirilməyə davam edəcək.

Bakı Şəhər Halqası 2016-cı ildən bəri Formula 1 azarkeşlərinə unikal trası ilə həyəcanlı yarışlar təqdim edir. Tarixi İçərişəhərin dar döngələri və Xəzər sahili boyunca uzanan uzun sürətli düzlükləri ilə tanınan bu tras hər il gərgin mübarizələrə səhnə olur.

Yarışın izləyici auditoriyası ilbəil artır və 2024-cü ildə 70-dən çox ölkədən azarkeşləri bir araya gətirib.

Səkkiz yarışda yeddi fərqli qalibin olması ilə Azərbaycan Qran-Prisi təqvimin ən açıq və gərgin mübarizələrindən birinə çevrilib. Meksikalı Serxio Peres Bakıda iki dəfə qələbə qazanan yeganə pilotdur. Hazırkı pilotlardan Luis Hamilton, Maks Ferstappen və Oskar Piastri isə hərəsi bir dəfə qalib gəlib. Avstraliyalı Piastri ötən il Ferrari pilotu Şarl Leklerlə dramatik mübarizədən sonra damalı bayrağa birinci çatıb.

Qeyd edək ki, cari müqavilənin müddəti 2026 mövsümünün sonunda başa çatmalı idi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti