Bakı. Trend:
Hindistanın şimalındakı Uttar Pradeş ştatında yerləşən məbəddə baş vermiş faciəvi hadisə nəticəsində azı 2 nəfər ölüb, 32 nəfər isə xəsarət alıb.
Trend-in PTI agentliyinə istinadla verdiyi məlumata görə, insident dini mərasim zamanı, dindarların ritual su təqdim etməsi üçün məbədə toplaşdıqları vaxt baş verib.
Bildirilir ki, meymunlar tərəfindən cırılmış açıq elektrik kabeli məbəd kompleksindəki qalay örtüyün üzərinə düşüb və elektrik cərəyanı bütün əraziyə yayılıb.
Hadisə nəticəsində məbəddə çaxnaşma və izdiham yaranıb. Qurbanlar arasında qadınlar və uşaqlar da var, bir neçə yaralının vəziyyəti ağır qiymətləndirilir.
Hadisə yerinə hüquq-mühafizə orqanları cəlb olunub, insidentin başvermə səbəbləri ilə bağlı araşdırma aparılır. Yerli hakimiyyət orqanları yaralılara tibbi yardım göstərilməsi üçün əlavə resursların səfərbər olunduğunu açıqlayıb.