Bakı. Trend:
Cari ilin yanvar-iyun aylarında Azərbaycandan 449,8 min ton hazır və ya klinker formasında olan sement ixrac edilib.
Trend-in Dövlət Gömrük Komitəsindən əldə etdiyi məlumata görə, bu ixracdan 28,9 milyon ABŞ dolları gəlir əldə edilib.
Sement ixracı ötən ilin eyni dövrü ilə müqayisədə miqdar ifadəsi ilə 113,7 min ton, yaxud da 33,8%, dəyər ifadəsi ilə 8,3 milyon ABŞ dolları və ya 40,3% artıb.
Belə ki, ötən ilin birinci yarısında Azərbaycandan 336,1 min ton miqdarında, 20,6 milyon ABŞ dolları dəyərində sement ixrac edilmişdi.
Sement ixracı cari ilin ilk altı ayını üzrə ümumi ixracın 0,22%-ini, qeyri-neft sektoru üzrə ixracın 1,65%-ini təşkil edib.
Qeyd edək ki, 2025-ci ilin yanvar-iyun aylarında Azərbaycan xarici ölkələrlə 24,4 milyard ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb. Bu göstərici ötən ilin eyni dövrünə nisbətən 2,632 milyard ABŞ dolları və ya 12,1% çoxdur.
Xarici ticarət dövriyyəsinin 12,878 milyard ABŞ dolları ixracın, 11,522 milyard ABŞ dolları isə idxalın payına düşüb. Son 1 ildə ixrac 0,2% azalıb, idxal isə 29,9% artıb.
Nəticədə, xarici ticarətdə 1,356 milyard dollarlıq müsbət saldo yaranıb. Bu da illik müqayisədə 2,677 milyard ABŞ dolları və ya 3 dəfə azdır.