...

DYP-dən motosiklet, velosiped və skuter sürücülərinə çağırış

Gündəm Materials 28 İyul 2025 14:09 (UTC +04:00)
DYP-dən motosiklet, velosiped və skuter sürücülərinə çağırış
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

Baş Dövlət Yol Polisi İdarəsi motosiklet, velosiped və skuter sürücülərinə çağırış edib.

Trend xəbər verir ki, məlumatda bildirilib:

“Son illər mikromobil vasitələrin istifadəsinin artması yol hərəkətində yeni təhlükəsizlik çağırışlarını gündəmə gətirir. Təhlillər göstərir ki, bu vasitələrin iştirakı ilə baş verən qəzaların əsas səbəbi sürücülərin şəxsi təhlükəsizlik qaydalarına əməl etməməsidir”.

Baş Dövlət Yol Polisi İdarəsi bu növ nəqliyyat vasitələrinin sürücülərinə aşağıdakı təhlükəsizlik tədbirlərinə ciddi əməl etməyi bir daha xatırladır:

  • Dəbilqə (motoşlem) istifadə edin. Qəza zamanı baş nahiyəsini qoruyaraq ölüm və ağır xəsarət riskini əhəmiyyətli dərəcədə azaldır. Təcrübə göstərir ki, dəbilqə taxan sürücülərin yaşama şansı ikiqat artır.
  • Diz və dirsək qoruyucularından istifadə edin. Bu vasitələr aşma və toqquşma zamanı sümük sınıqları və ciddi əzələ zədələrinin qarşısını alır.
  • İşıqqaytarıcı geyim və əşyalar taxın. Sutkanın qaranlıq vaxtı və zəif işıqlandırılan yollarda hərəkət iştirakçılarının sizi vaxtında görməsinə kömək edir.
  • Qulaqlıqlardan və diqqəti yayındıran vasitələrdən istifadə etməyin. Telefonla danışmaq, musiqiyə aludə olmaq və digər məşğuliyyətlər sürücünün ətraf mühitlə əlaqəsini zəiflədir, reaksiyanı ləngidir və qəza ehtimalını artırır.

“Unutmayın ki, bu sadə, lakin həyati əhəmiyyət daşıyan qaydalara əməl etməklə siz həm öz həyatınızı, həm də başqalarının təhlükəsizliyini qorumuş olursunuz”, - deyə məlumatda qeyd edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti