...

Rusiyada 5,2 bal gücündə zəlzələ qeydə alınıb

Dünya xəbərləri Materials 28 İyul 2025 08:02 (UTC +04:00)
Rusiyada 5,2 bal gücündə zəlzələ qeydə alınıb
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Rusiyanın Kamçatka bölgəsində 5,2 bal gücündə zəlzələ baş verib.

Trend xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Vahid Geofizika Xidmətinin Kamçatka bölməsi Telegram kanalında məlumat yayıb.

Zəlzələnin episentri Petropavlovsk-Kamçatski şəhərindən 99 kilometr aralıda yerləşib. Yeraltı təkanların ocağı 52 kilometr dərinlikdə qeydə alınıb.

Şəhərin müxtəlif hissələrində yaşayan sakinlər sosial şəbəkələrdə və mesaj şərhlərində zəlzələni hiss etdiklərini bildiriblər. Hazırda hadisə ilə bağlı dağıntı və ya xəsarət alanlar barədə məlumat verilməyib. Yerli hakimiyyət orqanları və seysmoloqlar vəziyyəti izləyir.

Xəbər lenti

Xəbər lenti