...

Azərbaycan 2025-ci ilin may ayında Türkiyənin ikinci ən iri qaz tədarükçüsü olub

Energetika Materials 28 İyul 2025 14:23 (UTC +04:00)
Azərbaycan 2025-ci ilin may ayında Türkiyənin ikinci ən iri qaz tədarükçüsü olub
Ləman Zeynalova
Ləman Zeynalova
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan 2025-ci ilin may ayında Türkiyənin ən iri üç təbii qaz tədarükçüləri arasında mövqeyini möhkəmləndirib.

Trend bu barədə Türkiyənin Enerji Bazarlarının Tənzimlənməsi İdarəsinə (EPDK) istinadən xəbər verir.

2025-ci ilin may ayında Türkiyə Azərbaycandan 1,057 milyard kub metr həcmində təbii qaz idxal edib ki, bu 2024-cü ilin may ayındakı 1,009 milyard kub metrlə müqayisədə 4,80 faiz çoxdur.

Beləliklə, Azərbaycan Rusiyadan sonra Türkiyənin boru kəməri ilə qaz tədarükçüləri arasında ikinci yeri tutaraq aylıq tədarük həcminə görə İran İslam Respublikasını geridə qoyub

Həmin dövrdə Türkiyə İran İslam Respublikasından 791,74 milyon kubmetr təbii qaz idxal edib. Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə (593,49 milyon kubmetr) 33,40 faiz artım deməkdir. Rusiya Federasiyası isə ən iri tədarükçü statusunu qoruyaraq 2025-ci ilin mayında Türkiyəyə demək olar ki, 1,193 milyard kubmetr təbii qaz ixrac edib. Halbuki ötən ilin eyni ayında bu göstərici 734,41 milyon kubmetr təşkil etmişdi.

Ümumilikdə, 2025-ci ilin may ayında Türkiyənin təbii qaz idxalı 3,539 milyard kubmetrə çataraq 2024-cü ilin eyni dövrü ilə müqayisədə (2,882 milyard kubmetr) 22,79 faiz artıb. Boru kəməri ilə təbii qaz idxalı 3,161 milyard kubmetr təşkil edib (35,30 faiz artım), maye təbii qaz idxalı isə 30,79 faiz azalaraq 377,81 milyon kubmetr olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti