...

AYİB Azərbaycanda cari layihə portfelini yeniləyib

İqtisadiyyat Materials 28 İyul 2025 09:53 (UTC +04:00)
AYİB Azərbaycanda cari layihə portfelini yeniləyib
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Bu ilin iyun ayının sonuna Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) Azərbaycandakı layihə portfeli 948 milyon avro təşkil edir və 34 layihəni əhatə edir.

Bu barədə Trend AYİB-ə istinadən xəbər verir.

Məlumata əsasən, bankın bu layihələrdə iştirakı 1 faizdir, əməliyyat aktivlərinin həcmi isə 693 milyon avro olaraq qiymətləndirilir.

Portfelin ümumi dəyərində özəl sektorun payı 38 faiz təşkil edir.

Azərbaycanda fəaliyyətə başladığı gündən indiyədək AYİB ölkə iqtisadiyyatına ümumilikdə 3,656 milyard avro investisiya yatırıb. Ayrılmış vəsaitlərin ümumi həcmi isə 3,351 milyard avro təşkil edir.

Bu günə qədər AYİB Azərbaycanda 198 layihənin həyata keçirilməsinə dəstək verib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti