...

Novxanıda çimərlikdə batan 2 nəfərlə bağlı araşdırma aparılır

Hadisə Materials 28 İyul 2025 09:29 (UTC +04:00)
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

Binəqədi rayonunda 2 nəfər suda boğularaq ölüb.

Trend-in məlumatına görə, hadisə iyulun 27-də Novxanı-Pirşağı yolunun kənarında yerləşən “Novxanı” ictimai çimərliyində qeydə alınıb.

Belə ki, Rəvan Əliyev və Əli Cabbarov ictimai çimərlikdə boğularaq ölüblər.

Faktla bağlı Binəqədi rayon prokurorluğunda araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti