...

Beynəlxalq Atom Enerjisi Agentliyinin nümayəndələri yaxın zamanda İrana gələcək – Bəqai

Dünya xəbərləri Materials 28 İyul 2025 12:46 (UTC +04:00)
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Beynəlxalq Atom Enerjisi Agentliyinin nümayəndə heyəti əməkdaşlığın davam etdirilməsi variantlarının müzakirəsi məqsədilə yaxın iki həftə ərzində İrana səfər edə bilərlər.

Trend xəbər verir ki, bunu İranın XİN nümayəndəsi İsmayıl Bəqai jurnalistlər üçün keçirdiyi brifinqdə deyib.

“Yaxın 2 həftə ərzində BAEA məmurlarının İrana səfər edəcəyi və bizimlə texniki aspektləri müzakirə edəcəkləri gözlənilir”, - deyə o həftəlik brifinq zamanı deyib.

Qeyd edək ki, bir neçə gün bundan öncə İran xarici işlər nazirinin müavini Kazım Qəribabadi Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) texniki heyətinin yaxın həftələrdə Tehrana səfər edəcəyini bildirmişdi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti