Bakı. Trend:
Pakistanda iyunun sonundan etibarən yağan musson yağışları və bununla əlaqədar baş verən təbii fəlakətlər nəticəsində 279 nəfər həyatını itirib, 676 nəfər yaralanıb
Trend xəbər verir ki, bu barədə Pakistanın Fövqəladə Halların İdarə olunması üzrə Milli İdarə hesabat dərc edib.
Məlumata əsasən, sel, torpaq sürüşməsi və daşqınlar 1500-dən çox binaya ziyan vurub, yüzlərlə insan yaşadıqları evlərdən təxliyə olunub. Bundan əlavə, heyvandarlıq və kənd təsərrüfatına əhəmiyyətli dərəcədə ziyan dəyib.
Hesabata görə, ən çox insan itkisi Pəncab ştatında qeydə alınıb -151 ölü, 536 yaralı.