...

Ermənistan və Azərbaycan arasında sülh müqaviləsinin bağlanmasını dəstəkləyirik – İran XİN

Siyasət Materials 28 İyul 2025 11:55 (UTC +04:00)
Ermənistan və Azərbaycan arasında sülh müqaviləsinin bağlanmasını dəstəkləyirik – İran XİN
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Cənubi Qafqazla bağlı mövqeyimiz dəyişməyib.

Trend xəbər verir ki, bunu İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqai jurnalistlərə açıqlamasında deyib.

Bəqai Cənubi Qafqazdakı proseslər və İranın mövqeyində guya dəyişiklik olması ilə bağlı yayılan məlumatlara da münasibət bildirib:

“Bizim mövqeyimizdə heç bir dəyişiklik olmayıb. Ermənistan və Azərbaycan arasında sülh və münaqişənin həlli ilə bağlı müqavilənin imzalanmasını dəstəkləyirik və tərəfləri buna təşviq edirik.”

O bildirib ki, İran hər zaman nəqliyyat yollarının inkişafını dəstəkləyib, lakin bu cür layihələr bölgənin geosiyasi xəritəsini dəyişdirməməlidir.

Bundan başqa, İran XİN rəhbəri bölgəyə qeyri-regional aktorların müdaxiləsini təhlükəli saydıqlarını və bu barədə konsensusun mövcud olduğunu qeyd edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti