...

Nağdsız ödənişlərdə artım: BKM əməliyyatlarında sıçrayış qeyd alınıb

İqtisadiyyat Materials 28 İyul 2025 12:54 (UTC +04:00)
Nağdsız ödənişlərdə artım: BKM əməliyyatlarında sıçrayış qeyd alınıb
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Bu ilin iyulun 1-nə Azərbaycanda Banklararası Kart Mərkəzi (BKM) vasitəsilə 74 milyon ədəd həcmdə 3,5 milyard manat emal olunmuş ödəniş əməliyyatları aparılıb.

Bu barədə Trend Azərbaycan Mərkəzi Bankından məlumat əldə edib.

Məlumata əsasən, bu, 2024-cü ilin eyni dövrü ilə müqayisədə həcm ifadəsində 26,3 milyon ədəd və ya 55%, məbləğ baxımından isə 1,2 milyard manat və ya 53,4% çoxdur.

Bundan başqa, 2025-ci ilin iyulun 1-nə Azərbaycanda Banklararası Kart Mərkəzi (BKM) vasitəsilə 27,8 min ədəd həcmdə 6,8 milyon ABŞ dolları məbləğində emal olunmuş ödəniş əməliyyatları aparılıb. Bu isə ötən ilin eyni dövrü ilə müqayisədə həcm ifadəsində 6,4 min ədəd və ya 29,9%, məbləğ baxımından isə 1,8 milyon ABŞ dolları və ya 36% artım deməkdir.

Eyni zamanda cari ilin iyulun 1-nə ölkədə BKM vasitəsilə 16,6 min ədəd həcmdə 2,1 milyon avro məbləğində emal olunmuş ödəniş əməliyyatları həyata keçirilib. Ötən ilin eyni dövrü ilə müqayisədə bu göstərici həcm baxımından 16 min ədəd və ya təqribən 2 dəfə azalıb, məbləğ ifadəsində isə dəyişməz qalıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti