Bakı. Trend:
Cari ilin iyun ayının sonuna Azərbaycanda kiçik sahibkarlıq subyektlərinə verilən kreditlərin həcmi 1,503 milyard manat təşkil edib.
Trend-in Azərbaycan Mərkəzi Bankından əldə etdiyi məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 54,6 milyon manat və ya 3,8% çoxdur.
Belə ki, ötən ilin iyun ayının sonunda Azərbaycanda kiçik sahibkarlıq subyektlərinə verilən kreditlərin həcmi 1,449 milyard manat idi.
Qeyd edək ki, bu ilin iyun sonuna Azərbaycan banklarının biznes kredit portfelinin həcmi 15,144 milyard manat təşkil edib.
Xatırladaq ki, cari ilin iyul ayının 1-nə olan məlumata görə, Azərbaycanda 12 min 200 kiçik sahibkarlıq subyekti fəaliyyət göstərir. Ölkə üzrə kommersiya təşkilatlarının ümumi sayının 6%-ini kiçik sahibkarlıq subyektləri təşkil edir. Onların əsas hissəsi “Ticarət; nəqliyyat vasitələrinin təmiri” (36%), “Tikinti” (10,9%), “Emal sənayesi” (9,8%) və “Peşə, elmi və texniki fəaliyyət” (8,0%) sahələrində yaradılıb.