...

Azərbaycanın şəkər ixracından gəlirləri 55%-ə yaxın artıb

İqtisadiyyat Materials 28 İyul 2025 13:22 (UTC +04:00)
Azərbaycanın şəkər ixracından gəlirləri 55%-ə yaxın artıb
Əvəz Həsənov
Əvəz Həsənov
Bütün xəbərlər

Bakı. Trend:

Cari ilin yanvar-iyun aylarında Azərbaycandan 29,5 min ton şəkər ixrac edilib.

Trend Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu miqdarda məhsulun ixracından 21 milyon ABŞ dolları gəlir əldə olunub.

Şəkər ixracı ötən ilin eyni dövrü ilə müqayisədə miqdar ifadəsi ilə 11,8 min ton və ya 66,7%, dəyər ifadəsi ilə 7,4 milyon ABŞ dolları, yaxud da 54,4% artıb.

Belə ki, 2024-cü ilin yanvar-iyun aylarında Azərbaycandan 17,7 min ton miqdarında, 13,6 milyon ABŞ dolları dəyərində şəkər ixrac edilmişdi.

Şəkər ixracı cari ilin ilk altı ayı üzrə ümumi ixracın 0,16%-ini, qeyri-neft sektoru üzrə ixracın 1,2%-ini təşkil edib.

Qeyd edək ki, 2025-ci ilin yanvar-iyun aylarında Azərbaycan xarici ölkələrlə 24,4 milyard ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb. Bu göstərici ötən ilin eyni dövrünə nisbətən 2,632 milyard ABŞ dolları və ya 12,1% çoxdur.

Xarici ticarət dövriyyəsinin 12,878 milyard ABŞ dolları ixracın, 11,522 milyard ABŞ dolları isə idxalın payına düşüb. Son 1 ildə ixrac 0,2% azalıb, idxal isə 29,9% artıb.

Nəticədə, xarici ticarətdə 1,356 milyard dollarlıq müsbət saldo yaranıb. Bu da illik müqayisədə 2,677 milyard ABŞ dolları və ya 3 dəfə azdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti