Bakı. Trend:
Rusiyanın “Aeroflot” hava yolları şirkəti informasiya sistemində baş verən xətaya görə Moskvadan 42 hava reysini təxirə salıb.
Trend xəbər verir ki, bu barədə aviaşirkət “Telegram” kalanında məlumat yayıb.
Məlumata görə, təxirə salınmış reyslər Şermetyevo aeroportundan İrəvan, Həştərxan, Qroznı, Kalininqrad, Minvod, Minsk, Murmansk, Omsk, Orenburq, Orsk, Perm, Samara, Soçi, Sankt-Peterburq, Tümen, Ufa, və Çelyabinskə nəzərdə tutulmuşdu.
Aviaşirkət reyslər barədə aktual məlumatları aeroportun rəsmi saytından dəqiqləşdirməyə çağırıb.
Şirkətin bəyanatına görə, təxirə salınmış reyslərin sərnişinləri ödənilmiş məbləğin geri qaytarılmasını tələb edə və ya yaxın 10 gün ərzində digər reyslərə bilet əldə edə bilərlər.