Bakı. Trend:
Tailandın paytaxtı Banqkokda ərzaq bazarında silahlı insident baş verib.
Trend xəbər verir ki, bu barədə ölkənin yerli KİV-ləri məlumat yayıb.
Məlumata görə, kimliyi məlum olmayan şəxs odlu silahdan atəş açaraq azı 5 nəfərin həyatına son qoyub. Atəş açan şəxs sonradan özünü öldürüb.
Atəş səslərindən sonra bazarda böyük təşviş yaşanıb.
Hazırda yerli hüquq-mühafizə orqanları hücum edən şəxsin kimliyini və hücumun motivlərini araşdırır.