...

Azərbaycan səhiyyəsi “Kəmər və Yol” forumunda (FOTO)

Cəmiyyət Materials 28 İyul 2025 10:46 (UTC +04:00)
Azərbaycan səhiyyəsi “Kəmər və Yol” forumunda (FOTO)
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

Çin Xalq Respublikasının Sincan Uyğur Muxtar Vilayətinin Urumçi şəhərində keçirilən 6-cı “Kəmər və Yol” Akademik Forumunda Səhiyyə Nazirliyinin Elmi-Tədqiqat Kardiologiya İnstitutunun direktoru Gülnaz Dadaşova və institutun elmi işçisi Vüsal Hacıyev iştirak ediblər.

Trend xəbər verir ki, Forum Çin hökumətinin “Bir kəmər, bir yol” təşəbbüsü çərçivəsində tibbi və elmi sahələrdə beynəlxalq əməkdaşlığın genişləndirilməsinə həsr olunub. Tədbir, həmçinin Sincan Uyğur Muxtar Vilayətinin 70 illiyi və Çinin 14-cü Beşillik Planının yekun mərhələsi ilə üst-üstə düşüb.

Forumda çıxış edən Gülnaz Dadaşova Azərbaycanda icbari tibbi sığortanın tətbiqindən əvvəl və sonra səhiyyə sahəsində baş verən dəyişikliklərdən bəhs edib. Vüsal Hacıyev isə ürək-damar xəstəliklərindən ölüm hallarının azaldılmasında kardioloji xidmətin rolu ilə bağlı təqdimatla çıxış edib.

Təqdimatlar iştirakçılar tərəfindən maraqla qarşılanıb. Forum çərçivəsində Gülnaz Dadaşova ilə Sincan Xalq Xəstəxanasının direktoru Yan Yin arasında əməkdaşlığa dair memorandum imzalanıb.

Bu sənəd Azərbaycan səhiyyəsinin beynəlxalq nüfuzunun artmasına və əhaliyə göstərilən tibbi xidmətlərin keyfiyyətinin yüksəldilməsinə xidmət edəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti