...

Dövlət əleyhinə yönələn çağırışlarda təqsirləndirilən şəxsə hökm oxunub

Cəmiyyət Materials 28 İyul 2025 15:19 (UTC +04:00)
Dövlət əleyhinə yönələn çağırışlarda təqsirləndirilən şəxsə hökm oxunub
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Dövlət əleyhinə yönələn açıq çağırışlarda təqsirləndirilən İmaməddin Əlimanovun cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.

Trend xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə qiyabi hökm oxunub.

Hökmə əsasən, təqsirləndirilən şəxs 7 il müddətə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, İmaməddin Əlimanova Cinayət Məcəlləsinin 12.1 281.2-ci (dövlət əleyhinə yönələn açıq çağırışlar təkrar törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti