...

Bakıda oğurluqda təqsirləndirilənlər həbs edilib

Hadisə Materials 28 İyul 2025 16:12 (UTC +04:00)
Bakıda oğurluqda təqsirləndirilənlər həbs edilib
Rəşid Qarayev
Rəşid Qarayev
Bütün xəbərlər

Bakı.Trend:

Paytaxtın Nizami rayonunda yerləşən evlərin birindən 2500 manat oğurlanması barədə polisə məlumat daxil olub.

Trend xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Nizami RPİ 24-cü Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən 56 yaşlı İ.Çurin müəyyən olunaraq saxlanılıb.

Nəsimi rayonunda isə bir nəfərə məxsus içərisində 2660 manat, qızıl-zinət əşyaları və bank kartları olan pul kisəsini oğurlamaqda şübhəli bilinən 36 yaşlı T.Əliyev müəyyən edilərək saxlanılıb.

Faktlarla bağlı araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti