...

Bakının bəzi hissələrində işıq olmayacaq

Cəmiyyət Materials 28 İyul 2025 16:49 (UTC +04:00)
Rəşid Qarayev
Rəşid Qarayev
Bütün xəbərlər

Bakı.Trend:

Bakının Xətai rayonunun bəzi hissələrində gücləndirmə işləri ilə əlaqədar elektrik enerjisinin verilişində fasilə yaranacaq.

Trend xəbər verir ki, bu barədə "Azərişıq" ASC məlumat yayıb.

Bildirilib ki, isti hava şəraitində elektrik xətlərində yarana biləcək yüklənmənin qarşısının alınması məqsədilə Xətai Rayon Enerji Təchizatı və Satışı İdarəsinin (RETSİ) ərazisində bu gün gücləndirmə işləri həyata keçiriləcək.

Bununla əlaqədar olaraq saat 16:00-dan saat 19:00-dək Qaçaq Nəbi, Lütfizadə, Məzahir Rüstəmov və Sarayevo küçələrinin bir hissəsində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq. Gücləndirmə işləri başa çatdıqdan sonra sözügedən küçələr daha keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti