Bakı. Trend:
Yaponiyada güclü zəlzələ qeydə alınıb.
Trend xəbər verir ki, zəlzələ Rixter cədvəli ilə 5,3 bal gücündə olub.
Seysmoloji təkanlar, əsasən, ölkənin şimalında yerləşən Hokkaydo adasının Hidaka adlı dağlıq rayonunda daha güclü hiss olunub.
Zəlzələnin episentri Tokaçi şəhəri yaxınlığında olub, yeraltı ocağı isə 50 km dərinlikdə qeydə alınıb.
Dağıntılar və zərərçəkənlər barədə məlumat yoxdur, nəqliyyatın işində hər hansı problem yaranmayıb. Sunami təhlükəsinin olmadığı deyilir.